🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xəzər dənizində 4,6 və 3,2 maqnitudalı zəlzələlər qeydə alınıb

Azərbaycan.media xəbər verir ki, Xəzər dənizində ardıcıl olaraq 4,6 və 3,2 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, aprelin 12-də yerli vaxtla saat 22:46-da baş verən 4,6 maqnitudalı zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib. Daha sonra saat 23:45-də 3,2 maqnitudalı ikinci zəlzələ qeydə alınıb və onun ocağı 32 kilometr dərinlikdə olub.
Yeraltı təkanlar hiss olunub-olunmaması barədə əlavə məlumat verilməyib.