Azərbaycan.media xəbər verir ki, Vətən müharibəsində 1-ci Ordu Korpusunun Əlahiddə Mühəndis-istehkam taborunun komandiri olmuş, ehtiyatda olan polkovnik-leytenant Cavid Cabbarov vəfat edib.
Məlumata görə, 42 yaşlı hərbçi uzun sürən xəstəlikdən həyatını itirib.
Bildirilib ki, C.Cabbarov Azərbaycan Ordusunda uzun illər xidmət edib. O, 2016-cı ilin Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub və xidməti dövründə göstərdiyi şücaətə görə dəfələrlə təltif edilib.
Polkovnik-leytenant Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk istehkamçı ixtisaslı məzunlarından biri olub.
Qeyd edək ki, Cavid Cabbarov bu gün Beyləqan rayonunun Dünyamalılar kənd qəbiristanlığında dəfn olunacaq.
