🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xəzər dənizində zəlzələ baş verib – detalları açıqlandı

Azərbaycan.media xəbər verir ki, Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 3.1 maqnitudalı zəlzələ yerli vaxtla saat 07:49-da, 74 km dərinlikdə baş verib.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, təkanlar Quba stansiyasından 69 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb.