🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İran ordusu İsrail şəhərlərinə raket zərbələri endirib

Azərbaycan.media xəbər verir ki, İsrailin Təl-Əviv, Hayfa və Petax-Tıkva şəhərlərinə səhər saatlarında İran ordusu tərəfindən raket zərbələri endirilib. Bu barədə məlumatı Teleqram kanalları yayıb.
Hücum nəticəsində mülki avtomobillər yanıb, yaşayış binalarına ziyan dəyib. Məlumata görə, Hayfada 2 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb. Hadisə ilə bağlı axtarış-xilasetmə və yardım işləri davam etdirilir