🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabunçuda gənc oğlan dəm qazından həyatını itirib

Azərbaycan.media xəbər verir ki, hadisə aprelin 3-də saat 19 radələrində paytaxtın Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib.
Belə ki, qəsəbə sakini, 2003-cü il təvəllüdlü İlkin Elçin oğlu Əsədov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.