Azərbaycan.media xəbər verir ki, aprelin 7-si üçün Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidməti-nin məlumatına görə, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Lakin gecə saatlarında bəzi ərazilərdə az yağış ehtimalı var. Şimal-qərb küləyi səhər saatlarından etibarən mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə 10-12° isti, gündüz 14-18° isti təşkil edəcək. Atmosfer təzyiqinin 763 mm civə sütunundan 758 mm civə sütununa enəcəyi, nisbi rütubətin isə gecə 70-75 %, gündüz 60-65 % olacağı bildirilir.
Ölkənin digər rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Yağıntıların əsasən şimal və şərq rayonlarında intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi proqnozlaşdırılır. Axşama doğru yağıntıların tədricən kəsiləcəyi bildirilir.
Rayonlarda havanın temperaturu gecə 10-13° isti, gündüz 17-22° isti, dağlıq ərazilərdə isə gecə 0-5° şaxta, gündüz 8-13° isti olacaq.