Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp özünün Truth Social hesabında Hörmüz boğazı ilə bağlı sərt və söyüş dolu xəbərdarlıq yayıb. Tramp yazıb:
“Çərşənbə axşamı İranda Elektrik Stansiyası Günü və Körpü Günü olacaq, hamısı bir yerə yığılıb. Buna bənzər bir şey olmayacaq!!! Lənətə gəlmiş boğazı açın, dəli alçaqlar, yoxsa Cəhənnəmdə yaşayacaqsınız – sadəcə izləyin! Çərşənbə axşamı, Şərq vaxtı ilə saat 20:00!”
Trampın bu paylaşımına cavab olaraq, İranın bir sıra ölkələrdəki səfirlikləri sosial mediada tənqidi və ironik açıqlamalar veriblər:
Cənubi Afrika: Səfirlik Trampa 25-ci düzəliş, 4-cü maddəni xatırladıb, bu, vitse-prezident və Nazirlər Kabinetinə prezidentin vəzifəyə yararsız elan olunmasına imkan verir.
Bolqarıstan: Səfirlik ironik şəkildə yazıb: “Sakit ol, pələng. (sic) Sakit ol.”
Avstriya: Səfirlik Trampın ritorikasını ümidsizlik və kobudluqla dolu olduğunu qeyd edib və 18 yaşdan kiçik şəxsləri xəbərdarlığa məruz qalmamaq üçün qorumağı tövsiyə edib.
Birləşmiş Krallıq: Səfirlik atalar sözünə istinad edərək Trampın təhdidini zəiflik və xəstəlik əlaməti kimi qiymətləndirib.
Zimbabve: Səfirlik prezident davranışının nümunələrini, o cümlədən ictimai açıqlamalarda hörmətli və ölçülü dil istifadəni vurğulayıb.
Hindistan: Səfirlik Trampa “Söyüş söymək və təhqir etmək məğlub olanların necə acı davranmasıdır. Özünə hakim ol, qoca!” deyə müraciət edib.
Hadisə dünya mediasında geniş rezonans doğurub və ABŞ-İran münasibətlərində gərginliyin davam etdiyini göstərir.
