Lukaşenkodan KTMT-yə çağırış: Ermənistanla münasibətlərdə ehtiyatlı ol
Azərbaycan.media xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanla münasibətlərdə daha diqqətli davranmalı olduğunu bildirib.
O, bu fikirləri KTMT-nin baş katibi Taatbek Masadıkov ilə görüşü zamanı səsləndirib.
“Ermənistanla münasibətlərimizdə daha nəzakətli və diqqətli olmalıyıq. Bilirsiniz, Ermənistan KTMT-nin işini dəstəkləmir, amma eyni zamanda üzv olaraq qalır. Biz çox nəzakətli olmalıyıq”, – deyə Lukaşenko bildirib.
Onun sözlərinə görə, Ermənistandakı vəziyyət xüsusilə seçki dövründə kifayət qədər mürəkkəbdir və bu səbəbdən münasibətlərdə ehtiyatlı yanaşma vacibdir.
Qeyd edək ki, ötən həftə – aprelin 1-də Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Ermənistan-KTMT münasibətləri ilə bağlı fərqli mövqelərini açıqlayıblar.
