Azərbaycan.media xəbər verir ki, yağışlı hava şəraiti ilə əlaqədar Bakının Zığ dairəsi–Hava Limanı yolunda bəzi zolaqlar üzrə tətbiq edilən 20 km/saat sürət məhdudiyyəti aradan qaldırılıb.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hava şəraitinin stabilləşməsi ilə əlaqədar olaraq sözügedən yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb.
