🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İlham Əliyev: Gürcüstan və Azərbaycan hər zaman bir yerdədir

Azərbaycan.media xəbər verir ki, İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
Dövlət başçısı bildirib ki, Gürcüstan və Azərbaycan hər zaman bir yerdədir və qarşılıqlı əməkdaşlıq uğurla inkişaf edir.
“Gürcüstanın əldə etdiyi uğurlar münasibətilə sizi təbrik etmək istəyirəm. Gürcüstanda əlverişli sərmayə mühiti var. Bunun təminatı gürcü xalqı və sizin apardığınız siyasətdir. İnanırıq ki, iki ölkənin əlaqələri bundan sonra da inkişaf edəcək”, – deyə Prezident qeyd edib