Azərbaycan.media xəbər verir ki, Azərbaycanda debet kartlarının sayı 13% artaraq fevral ayının sonunda 22 milyon 347 min ədədə çatıb. Bu barədə məlumatı APA Azərbaycan Mərkəzi Bankına istinadən yayıb. Ötən aya nəzərən ödəniş kartlarının sayı 191 min ədəd artıb, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 10% yüksəliş qeydə alınıb.
Ödəniş kartlarında debet kartlarının sayı 13% artıb, kredit kartlarının sayı isə 8% azalıb. Kartların artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Fevral ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 8 milyard 200 milyon manat təşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 171 milyon manatı elektron ticarətə, 1 milyard 26 milyon manatı POS-terminallara, 3 milyon manatı isə özünə xidmət terminalları və bankomatlara düşüb. İl əvvəlinə qədər ödəniş kartları ilə həyata keçirilən ölkədaxili əməliyyatlar ölkədaxili kart əməliyyatlarının 69,7%-ni təşkil edib.