🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Saxalində növbəti qasırğa ilə bağlı xəbərdarlıq verilib

Azərbaycan.media xəbər verir ki, Saxalinın cənub və mərkəzi hissəsindəki dörd bələdiyyədə aprelin 7-si üçün təcili xəbərdarlıq elan edilib. Məlumatı Report Rusiya KİV-lərinə istinadla yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi və Rusiya Hidrometeorologiya Xidmətinin Saxalin üzrə idarəsinin proqnozlarına görə, aprelin 7-si gecə və səhər saatlarında Poronaysk, Makarov, Uqleqorsk və Tomari rayonlarında güclü qar yağışı gözlənilir.
Əhalidən ehtiyatlı olmaları və xəbərdarlıqlara əməl etmələri xahiş olunur.