🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İranın dini lideri Müctəba Xamenei ağır vəziyyətdədir

Azərbaycan.media xəbər verir ki, Müctəba Xamenei yer altında yerləşən reanimasiya bölməsində saxlanılır. Bu barədə  İsrailin “Yedioth Ahronoth” nəşri yayıb.
Nəşrə danışan mənbə bildirir ki, Müctəba Xameneinin bir qolu və bir ayağı tamamilə iflic vəziyyətdədir və indiyə qədər keçirilən əməliyyatlar zamanı bədən üzvlərini xilas etmək mümkün olmayıb. Eyni zamanda, şiddətli partlayış nəticəsində onun onurğasında ciddi problemlər yaranıb, çənəsi, başı və üz nahiyəsində də yaralar mövcuddur. Bu səbəbdən yeni dini liderin toplantılara qatılması mümkün deyil.
Digər tərəfdən, İsrailin “Maariv” qəzeti bildirir ki, mümkün atəşkəs zamanı İranda razılaşmanı imzalaya və daxili vəziyyətə nəzarət edə biləcək şəxsin qalması məqsədilə Müctəba Xameneini hədəfə almaq planı yoxdur.