Azərbaycan.media xəbər verir ki, Ağdam rayonunun Səfərli qəsəbə orta məktəbində dava baş verib. Hadisə məktəb direktorunun xadiməni işdən azad etməsi ilə bağlı yaranıb.
Məlumata görə, orta məktəbin direktoru Aliyə Əliyeva xadimə və qazançı vəzifəsində işləyən Ülviyyə Abdullayevanı vəzifəsinin birindən azad edib. Direktor bildirib ki, Ü.Abdullayeva xadimə işlədiyi üçün qazançı vəzifəsində çalışa bilməz.
Bundan sonra Ü.Abdullayeva direktorun otağına gələrək onu söyüb və aralarında mübahisə davaya çevrilib. Dava zamanı xadimə direktorun stolunun üstündəki suveniri qırıb.
Hadisə yerinə çağırılan polis əməkdaşları xadiməni saxlayıb. Faktla bağlı inzibati protokol tərtib edilərək iş məhkəməyə göndərilib. Ağdam Rayon Məhkəməsinin qərarı ilə Ülviyyə Abdullayeva 60 manat cərimə olunub.
