Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam etdiyini bildirir. Bəzi ərazilərdə intensiv və güclü yağış, dağlıq bölgələrdə isə qar müşahidə olunur.
Məlumata görə, qar örtüyünün hündürlüyü belədir:
Şahdağ: 1 m 24 sm
Qrız: 34 sm
Xınalıq: 22 sm
Qusar: 3 sm
Bakı və Abşeron yarımadası ərazisində aprelin 5-6-da yağıntının miqdarı 90 mm olub ki, bu da aylıq normanın 390%-ni təşkil edir.
Rayonlarda yağıntı miqdarı isə belədir:
Xaçmaz: 94 mm (311%)
Quba: 83 mm (174%)
Xalta: 74 mm (109%)
Xızı: 69 mm (95%)
Qusar: 69 mm (144%)
Şabran: 63 mm (209%)
Gədəbəy: 23 mm, Şəki (Kişçay), Qax (Sarıbaş): 22 mm, Daşkəsən: 19 mm, Oğuz: 18 mm
Şəmkir: 17 mm, Zaqatala: 16 mm, Balakən və Qəbələ: 13 mm, Qobustan: 12 mm
Lerik və Şamaxı: 10 mm, İsmayıllı, Neftçala, Goranboy: 8 mm
Bərdə: 7 mm, Mingəçevir, Yevlax, Ağdam, Naftalan: 6 mm
Şahbuz, Ağstafa, Biləsuvar, Astara, Tovuz: 4 mm
Yardımlı: 3 mm
Gəncə, Göyçay, Zərdab, Tərtər: 2 mm
İmişli, Beyləqan, Kürdəmir, Sabirabad, Salyan, Şərur, Ordubad, Sədərək, Naxçıvan, Füzuli, Kəlbəcər, Xankəndi, Xocalı, Laçın, Qubadlı, Şuşa: 1 mm
Eyni zamanda bəzi ərazilərdə şimal-qərb küləyi müşahidə olunur. Maksimal sürət belədir:
Bakı və Abşeron yarımadası: 24 m/s
Şabran: 20 m/s
Gəncə və Daşkəsən: 18 m/s
Müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakı və Abşeron yarımadasında aprelin 6-sı axşamadək, ölkənin rayonlarında isə aprelin 7-si axşamadək davam edəcəyi gözlənilir.
