🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ermənistanda hakim partiyanın proqramında kilsə islahatı və Aİ-yə üzvlük ehtimalı yer alıb

Azərbaycan.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramında katolikosun dəyişdirilməsi ilə bağlı plan əksini tapıb.
Sənəd Baş nazirin “Facebook” səhifəsində dərc olunub. Proqrama əsasən, erməni kilsəsində mərhələli islahatların həyata keçirilməsi nəzərdə tutulur. Bu çərçivədə hazırkı katolikosun vəzifədən uzaqlaşdırılması, müvəqqəti rəhbərin seçilməsi, yeni nizamnamənin qəbul edilməsi və daha sonra kilsənin yeni rəhbərinin müəyyənləşdirilməsi təklif olunur.
Eyni zamanda, hakim partiyanın proqramında ölkənin Avropa İttifaqı-na üzvlük üçün müraciət etmə ehtimalı da qeyd edilib. Bununla yanaşı, sənəddə Ermənistanın balanslaşdırılmış xarici siyasət kursu yürütmək niyyəti vurğulanır.