🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ İran diplomatını ölkədən çıxardı – səbəb milli təhlükəsizlik

Azərbaycan.media xəbər verir ki, ABŞ İranın BMT-dəki səfir müavini Səadət Ağacanini ölkədən çıxarıb.
Məlumata görə, bu barədə “Axios” nəşri mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, ABŞ Dövlət Departamenti ötən ilin dekabr ayında milli təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək İran diplomatının ölkədən çıxarılması barədə qərar qəbul edib.
Qeyd olunub ki, qərarın detalları açıqlanmasa da, məsələ təhlükəsizlik səbəbləri ilə əlaqələndirilir.