Azərbaycan.media xəbər verir ki, minatəmizləmə fəaliyyəti zamanı həlak olmuş şəxslərin övladlarının təhsil xərclərinin dövlət tərəfindən qarşılanması ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur.
Müzakirəyə çıxarılan dəyişiklik layihəsinə əsasən, adıçəkilən şəxslərin övladları mülkiyyət formasından asılı olmayaraq Azərbaycanın təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə (əlavə təhsil istisna olmaqla) onların təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.
Qeyd edək ki, bu məsələ Milli Məclisin Elm və Təhsil komitəsinin iclasında müzakirə edilib və “Təhsil haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
