Azərbaycan.media xəbər verir ki, 2026-cı ilin aprel ayının əvvəlində bəzi bürclər üçün uzun müddətdir davam edən çətin mərhələ sona çatır. Astroloji proqnozlara görə, Qız bürcü, Əqrəb bürcü, Balıqlar bürcü, Tərəzi bürcü və Əkizlər bürcü nümayəndələri nəhayət daha rahat və sabit bir dövrə qədəm qoyacaqlar.
Qız bürcü
Son vaxtlar verdiyiniz qərarlar sizdə şübhə yaradıb. Lakin artıq hadisələr planlaşdırdığınız istiqamətdə inkişaf etməyə başlayır. Bu müddət sizə səbrin və prosesin dəyərini anlamağı öyrədib.
Əqrəb bürcü
Etibar etdiyiniz məsələlərdə çətinliklərlə qarşılaşmısınız. Buna baxmayaraq, yaxın zamanda narahatlıqlarınız aradan qalxacaq və seçimlərinizin doğru olduğunu anlayacaqsınız.
Balıqlar bürcü
Layihələrinizin gec irəliləməsi sizi narahat edirdi. İndi isə hər şey öz axarına düşür və göstərdiyiniz cəsarətin nəticə verdiyini görəcəksiniz.
Tərəzi bürcü
Daxili narahatlıq və natamamlıq hissi sizi düşündürürdü. Artıq möhkəm təməl üzərində irəliləməyi öyrənir və keçdiyiniz yola daha çox dəyər verməyə başlayırsınız.
Əkizlər bürcü
Ünsiyyət problemləri və anlaşılmazlıqlar sizi çətin vəziyyətə salmışdı. Qarşıdakı dövrdə enerjinizi düzgün istiqamətə yönəltməyi bacaracaq və istədiyiniz nəticələrə daha yaxın olacaqsınız.
