🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şəraitsiz məktəblərin sayı sürətlə azalır – 2030-a qədər problem aradan qalxa bilər

Azərbaycan.media xəbər verir ki, 2020-ci ildə ölkədə 900-dən çox şəraitsiz məktəb mövcud olub. Son 5-6 il ərzində həyata keçirilən tədbirlər nəticəsində bu göstərici 400-ə qədər azalıb.
Bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məlumat verib. O bildirib ki, hər il 60-70 məktəbin təmir olunması davam etdirilərsə, 2030-cu ilə qədər şəraitsiz təhsil müəssisələri problemini tam aradan qaldırmaq mümkün olacaq.
Nazir müavini əlavə edib ki, indiyədək 3600-dən çox məktəb binası əsaslı təmir olunub və ya yenidən inşa edilib. Bununla belə, o, bəzi problemlərin hələ də qaldığını vurğulayıb və qeyd edib ki, mövcud çətinliklərin açıq şəkildə müzakirəsi vacibdir.