🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Avropa ölkələri ABŞ-a hava məkanını bağladı – Trampa qarşı yeni cəbhə açılır

Azərbaycan.media xəbər verir ki, bir sıra Avropa ölkələri İranla mümkün münaqişə fonunda ABŞ-a qarşı sərt addım atıb. Belə ki, İspaniya, Fransa, İtaliya və Avstriya ABŞ hərbi təyyarələrinin öz hava məkanlarından istifadə etməsinə icazə verməyib.
Bu barədə rusiyalı politoloq Sergey Markov açıqlama verib. Onun sözlərinə görə, bu qərar ABŞ-ın keçmiş prezidenti Donald Trump üçün açıq meydan oxumaq kimi qiymətləndirilə bilər.
Markov bildirib ki, eyni zamanda İran artıq tankerlərin Hörmüz boğazı vasitəsilə İspaniyaya neft daşınmasına icazə verib. Politoloqun fikrincə, bu addımlar digər Avropa ölkələrinin də Vaşinqtona qarşı oxşar mövqe sərgiləyə biləcəyini göstərir.
O əlavə edib ki, Trampın bu proseslərə reaksiyası isə kifayət qədər zəif görünür və onun cavab imkanları məhdudlaşır.