🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda hava dəyişkən olacaq: Temperatur 21 dərəcəyədək yüksəlir

Azərbaycan.media xəbər verir ki, aprelin 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, səhər və gecə saatlarında bəzi ərazilərdə arabir duman müşahidə oluna bilər. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə saatlarında 10-13° isti, gündüz isə 16-21° isti təşkil edəcək. Atmosfer təzyiqinin 758 mm civə sütunundan 754 mm civə sütununa enəcəyi, nisbi rütubətin isə 65-75 % olacağı bildirilir.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə az yağıntı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək, mülayim qərb küləyi əsəcək.
Temperatur rayonlarda gecə 8-12° isti, gündüz 21-26° isti, dağlıq ərazilərdə isə gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.