Azərbaycan.media xəbər verir ki, Dağıstan ərazisində yerləşən su anbarının bəndinin partlaması ciddi fəsadlara yol açıb. Hadisə nəticəsində Məmmədqala kəndi tamamilə su altında qalıb.
Məlumata görə, baş verən daşqın zamanı gənc qadın azyaşlı övladı ilə birlikdə həlak olub. ALA agentliyinin yaydığı xəbərə əsasən, xilasedicilər onları çaydan çıxarsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə dünən Gejux su anbarı ərazisində bəndin partlaması nəticəsində baş verib. Qəza nəticəsində ətraf yaşayış məntəqələri də ciddi şəkildə zərər görərək su altında qalıb.
