Azərbaycan.media xəbər verir ki, aprelin 3-ü saat 10:00-dan etibarən Ağcabədi şəhərində 9 584 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Məlumata görə, bu addım Ağcabədi qazpaylayıcı stansiyasını qidalandıran daşıyıcı qaz kəmərində qaz tənzimləyici şkafın quraşdırılması ilə bağlıdır. Eyni zamanda, Xəyal Həsən oğlu Həsənova məxsus obyektin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi də planlaşdırılan işlər sırasındadır.
Bildirilib ki, qaz təchizatı təmir və quraşdırma işləri başa çatdıqdan sonra yenidən bərpa olunacaq.
