🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Maqnit qasırğası başladı: Bir neçə gün davam edəcək təhlükəli dalğalanma

Azərbaycan.media xəbər verir ki, aprelin əvvəlində Yer kürəsi güclü günəş küləyi axınının təsiri altına düşüb və bu da uzunmüddətli maqnit qasırğasına səbəb olub.
Xarici mənbələrə istinadən yayılan məlumatda bildirilir ki, Böyük Britaniyanın geologiya xidməti bu hadisənin qısamüddətli olmayacağını açıqlayıb. Mütəxəssislərin sözlərinə görə, müşahidə olunan geomaqnit aktivliyi bir neçə gün ərzində davam edəcək və dinamik xarakter daşıyacaq.
Aprelin 2-si ən gərgin gün hesab olunur. Bu gün üçün orta güclü G2 səviyyəli maqnit qasırğası proqnozlaşdırılır ki, bu da xüsusilə xroniki xəstəlikləri olan insanların səhhətinə təsir göstərə bilər.
Aprelin 3-4-də isə geomaqnit sahəsində narahatlıq davam edəcək, lakin intensivliyin tədricən azalaraq G1 – zəif qasırğa səviyyəsinə enəcəyi gözlənilir.