Azərbaycan.media xəbər verir ki, Slovakiya polisi Baş nazir Robert Fitsoya qarşı istintaq başlayıb. Bu barədə müxalif Azadlıq və Həmrəylik partiyasının lideri Branislav Qrölinq sosial mediada məlumat verib.
İstintaq Fitsonun Kiyevə yardımı dayandırması ilə bağlıdır. Qrölinq bildirib: “Bir ay əvvəl Fitsoya qarşı dövlətə xəyanət və digər cinayətlər şübhəsi ilə cinayət işi qaldırdım. Həmkarlarımdan əlavə, bu şikayətə 13 mindən çox insan qoşulub”.
Onun sözlərinə görə, şikayət Slovakiya Baş Prokurorluğundan regional prokurorluğa, oradan isə polisə göndərilib. Müxalifət hesab edir ki, Fitsonun Ukraynaya elektrik təchizatı ilə bağlı yardımları dayandırmaq istiqamətindəki hərəkətləri bir sıra cinayətlər törətmiş ola bilər.
