🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qlobal bazarlarda qızılın qiymətində azalma qeydə alınıb

Azərbaycan.media xəbər verir ki, qlobal əmtəə bazarlarında qiymətli metalların qiymətlərində qarışıq dinamika müşahidə olunub, əsasən isə qızılın dəyərində azalma qeydə alınıb.
Məlumata əsasən, COMEX birjasında iyun fyuçersləri üzrə qızılın qiyməti 1,04% və ya 49,1 ABŞ dolları ucuzlaşaraq bir unsiya üçün 4 681,6 ABŞ dollarına düşüb. Spot bazarda da qızılın qiymətində azalma müşahidə olunub – 0,85% və ya 40,16 dollar enərək 4 675,09 ABŞ dolları təşkil edib.
Eyni zamanda, platin də ucuzlaşıb. Metalın spot qiyməti 0,91% və ya 18,69 dollar azalaraq 2 039,99 dollar səviyyəsinə enib.
Gümüş bazarında isə əks dinamika qeydə alınıb. İyul fyuçersləri üzrə gümüşün qiyməti 0,02% artaraq 80,89 dollar olub.
Analitiklər qiymət enişini ABŞ və İran arasında gərginliyin nisbətən azalması fonunda “təhlükəsiz aktivlərə” tələbin zəifləməsi ilə izah edirlər. Bununla yanaşı, sənaye metalları qlobal iqtisadi artım gözləntiləri fonunda daha sabit və müsbət dinamika nümayiş etdirib.