🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türk Hava Yollarına məxsus təyyarədə Katmanduda enişdən sonra tüstülənmə – sərnişinlər təxliyə edilib

Azərbaycan.media xəbər verir ki, Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi Nepalın paytaxtı Katmanduda yerləşən Tribhuvan Beynəlxalq Hava Limanına eniş etdikdən sonra texniki nasazlıq səbəbindən tüstülənmə və yanğın baş verib.
Xarici KİV-lərin yaydığı məlumata əsasən, İstanbuldan Katmanduya uçan “Airbus A330” tipli təyyarənin göyərtəsində 273 sərnişin və 11 ekipaj üzvü olub.
Bildirilir ki, eniş prosesi problemsiz baş tutsa da, təyyarə uçuş-enmə zolağından taksi yoluna hərəkət edərkən şassi hissəsində tüstü müşahidə olunub. Bunun ardınca ekipaj dərhal təxliyə qərarı verib və sərnişinlər şişmə xilasetmə trapları vasitəsilə təhlükəsiz şəkildə təxliyə olunublar.
Hadisə nəticəsində Katmandu hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
İlkin məlumatlara görə, yanğının hidravlik mayenin əyləc sisteminə sızması nəticəsində yarandığı ehtimal edilir. Yanğınsöndürənlər hadisə yerinə cəlb olunaraq alovu bir neçə dəqiqə ərzində söndürüblər.