🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakı–Xankəndi” veloyarışının ikinci mərhələsinə start verilib

Azərbaycan.media xəbər verir ki, bu gün saat 08:10-da “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı çərçivəsində ikinci mərhələ start götürüb.
Bakı–Xankəndi Azərbaycan velosiped yarışı üzrə yarışın bu mərhələsi Sea Breeze Resort ərazisindən başlayıb. Velosipedçilər marşrut üzrə Şamaxı və İsmayıllı ərazilərindən keçərək finişə çatacaqlar. Bu mərhələdə idmançılar ümumilikdə 193,2 kilometr məsafə qət edəcəklər.
Qeyd edək ki, ötən gün keçirilən ilk mərhələdə Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko birinci yeri tutub.
Yarış 5 mərhələdən ibarətdir və mayın 14-də Xankəndi şəhərində başa çatacaq.