🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Binəqədidə şirkətdən 539 metr elektrik naqili oğurlanıb – keçmiş işçilər saxlanıldı

Azərbaycan.media xəbər verir ki, Binəqədi rayonunda fəaliyyət göstərən şirkətlərdən birində oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, naməlum şəxslər axşam saatlarında ümumi uzunluğu 539 metr olan elektrik naqilini oğurlayıblar. Hadisə nəticəsində zərərçəkmiş şirkətə 7000 manat məbləğində maddi ziyan dəyib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı R.Babayev və 27 yaşlı Ş.Şahbazov müəyyən edilərək saxlanılıblar. Araşdırmalar zamanı onların əvvəllər həmin şirkətdə işlədikləri, işdən çıxdıqdan sonra isə oğurluq planı qurduqları məlum olub.
Həmçinin müəyyən edilib ki, saxlanılan şəxslər oğurladıqları elektrik naqilini sonradan əlvan metal qəbulu məntəqəsinə satıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.