Azərbaycan.media xəbər verir ki, Ələt qəsəbəsində bədbəxt hadisə nəticəsində qadın həyatını itirib.
Aynur Səfərova 1989-cu il təvəllüdlü olub və yaşadığı evdə pəncərəni təmizləyən zaman ehtiyatsızlıq nəticəsində 4-cü mərtəbədən yıxılıb. Hadisə nəticəsində o, həyatını itirib.
Məlumata görə, faktla bağlı araşdırma aparılır.
