Azərbaycan.media xəbər verir ki, Birləşmiş Ştatlar Prezidenti Donald Trump bildirib ki, İran ABŞ-İsrail əməliyyatı çərçivəsində məğlub olub, lakin bu, İslam Respublikasında döyüşlərin sona çatması anlamına gəlmir.
O, bu fikirləri “Full Measure” verilişində Şaril Atkinsona verdiyi müsahibə zamanı səsləndirib.
Tramp həmçinin qeyd edib ki, ABŞ İranın nüvə obyektlərini kosmosdan izləyir və Vaşinqtonun gələcəkdə İranın zənginləşdirilmiş uranına nəzarət etmək və ya onu ələ keçirmək niyyətində olduğu istisna edilmir.
