🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əməkdar artist Nüşabə Ələsgərli: Estrada müğənniləri muğama həvəs göstərirsə, bunu alqışlamaq lazımdır

Azərbaycan.media xəbər verir ki, Əməkdar artist Nüşabə Ələsgərli “Günə bax” verilişində estrada müğənnilərinin muğam ifa etməsinə münasibət bildirib.
O qeyd edib: “Muğam oxumaq üçün səs tembri lazımdır. Estrada müğənnisinin səsi buna uyğundursa, oxusun. Əsas odur ki, xaric oxumasınlar, qəzəli səhv deməsinlər. Bir də özlərini ‘böyük xanəndə’ adlandırmasınlar”. Nüşabə Ələsgərli belə təşəbbüsləri alqışlamağın vacib olduğunu vurğulayıb.