🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya humanitar yük qatarı Astara stansiyasına çatdı

Azərbaycan.media xəbər verir ki, İrana humanitar yardım aparan Rusiya Fövqəladə Hallar Nazirliyinin yük qatarı axşam saatlarında “Azərbaycan Dəmir Yolları” QSC-nin “Astara” stansiyasına daxil olub.
Əsasən tibbi vasitələrdən ibarət humanitar yükün ümumi çəkisi 300 tondan çoxdur. Yük daha sonra İran ərazisində təyinat nöqtəsinə avtomobil nəqliyyatı vasitəsilə çatdırılacaq.