Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Budapeştdə Macarıstan Baş nazirinin milli təhlükəsizlik müşaviri Marsel Biro ilə görüşüb.
Hacıyev görüşün Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının diplomatik köməkçilərinin toplantısı çərçivəsində baş tutduğunu bildirib.
O qeyd edib ki, Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq bütün sahələrdə uğurla inkişaf edir. Həmçinin, Macarıstanın milli maraqlara əsaslanan müstəqil siyasəti, ortaq tarixi, etnik və mədəni əlaqələrə söykənən türk dünyası ilə güclü əməkdaşlığı və Türk Dünyası ilə əlaqələr çərçivəsində öhdəliyi yüksək qiymətləndirilir. Hacıyev əlavə edib ki, davam edən qlobal qeyri-sabitlik şəraitində türk dünyasının birliyi və həmrəyliyi xüsusi əhəmiyyət daşıyır.
