Azərbaycan.media xəbər verir ki, İsrail ordusu Livanın cənubunda baş verən döyüşlər zamanı daha bir hərbçisini itirib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti xəbər verib.
Məlumata görə, ordunun 7-ci zirehli briqadasının 77-ci taborunda xidmət edən 21 yaşlı çavuş Aviad Elxanan Volanski toqquşmalardan birində həlak olub. Hadisə zamanı eyni bölmədən iki zabit və iki əsgər də yaralanıb.
