Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı Elnarə Akimova Bakı Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 27 Mart – Elm Gününə həsr olunmuş tədbirdə iştirak edib.
Tədbir Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, “Z.Xəlilov küçəsi 33” ünvanı üzrə ərazi partiya təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Deputat çıxışında elm və təhsilin strateji əhəmiyyətinə diqqət çəkərək bildirib ki, innovasiya, rəqəmsallaşma, süni intellekt və elmi tədqiqatların inkişafı ölkənin davamlı inkişafında mühüm rol oynayır.
Digər çıxışçılar isə müasir ali təhsil sistemində həyata keçirilən islahatlardan, tədrisin keyfiyyətinin artırılmasından və tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasının vacibliyindən bəhs ediblər. Bununla yanaşı, sahə təcrübələrinin genişləndirilməsi, müasir laboratoriyaların imkanlarından istifadə, rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Sonda 2025/2026-cı tədris ilinin qış imtahan sessiyasında yüksək nəticə göstərən tələbələr təşəkkürnamələrlə təltif olunublar.
Deputat tədbirə dəvətə görə YAP Gənclər Birliyinin üzvü, Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini İlqar Quliyevə təşəkkürünü bildirib.
Mənbə: Azərbaycan.media

