Azərbaycan.media xəbər verir ki, İsmayıllı şəhər sakini 55 yaşlı Elşən Dəmirov texniki spirtdən zəhərlənib.
O, yaşadığı evdə xeyli miqdarda texniki spirt qəbul edib.
Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
