🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ-ın İrana qarşı əməliyyatlarında Ramşteyn bazasının rolu açıqlanıb

Azərbaycan.media xəbər verir ki, ABŞ İrana qarşı dron hücumlarında Almaniyada yerləşən Ramşteyn hava bazasından istifadə edir.
Bu barədə The Wall Street Journal məlumat yayıb. Bildirilir ki, sözügedən baza İrana qarşı Amerika hərbi əməliyyatlarının komanda mərkəzinə çevrilib. Eyni zamanda, ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqə şəxsi heyət, sursat və avadanlıq daşıdığı hava körpüsünün əsas nöqtələrindən biri kimi istifadə olunur.
Məlumata görə, ABŞ-ın Avropada bir sıra digər hərbi bazaları da aktiv fəaliyyət göstərir. Son həftələrdə Amerika gəmiləri və bombardmançı təyyarələri Böyük Britaniya, Portuqaliya, İtaliya, Fransa və Yunanıstan ərazisində yerləşən bazalarda yanacaq doldurub.