🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya Ukraynaya kütləvi raket və PUA hücumu edib: ölən və yaralananlar var

Azərbaycan.media xəbər verir ki, Rusiya qüvvələri ötən gecə Ukrayna ərazisinə kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirib.
UNİAN-ın yaydığı məlumata görə, xüsusilə Poltava vilayəti ağır zərbələrə məruz qalıb. Burada hotelə və çoxmərtəbəli yaşayış binalarına hücum edilib, nəticədə bir neçə ərazidə yanğınlar baş verib.
İlkin məlumatlara əsasən, hücumlar zamanı ölən və çoxsaylı yaralananlar var. Poltava Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Dyakivniç bildirib ki, zərbələr nəticəsində yaşayış binaları və hotel ciddi ziyan görüb. Onun sözlərinə görə, əvvəlcə iki nəfərin öldüyü, yeddi nəfərin yaralandığı açıqlansa da, daha sonra yaralıların sayının 11-ə çatdığı qeyd olunub.
Hadisə ilə bağlı araşdırmalar davam edir.