Azərbaycan.media xəbər verir ki, dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
“APA-Economics�”in məlumatına görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 6,85 ABŞ dolları və ya 5,9% azalma ilə 116,05 ABŞ dolları səviyyəsinə enib.
Qeyd edək ki, əvvəlki qiymət 122,9 ABŞ dolları olub. Builki dövlət büdcəsində isə “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 65 ABŞ dolları nəzərdə tutulub.
