🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İran Hörmüz boğazından keçən gəmilər üçün rüsum imkanını müzakirə edir

Azərbaycan.media xəbər verir ki, İran ABŞ ilə mümkün dolayı danışıqlar çərçivəsində Hörmüz boğazından keçən gəmilər üçün rüsum tətbiq etmə imkanını gündəmə gətirib. Bu barədə “The Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, ərəb ölkələrinin nümayəndələri son günlər hər iki tərəflə ayrıca danışıqlar aparıblar. Onların qiymətləndirməsinə əsasən, ABŞ və İran arasında hələ də ciddi fikir ayrılıqları qalmaqdadır və bu, əsasən Tehranın irəli sürdüyü tələblərlə bağlıdır.
Mənbələr bildirirlər ki, Hörmüz boğazına nəzarət üçün “neytral regional komitə” yaradılması təklif olunur. Eyni zamanda, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) boğazdan keçən gəmilərdən rüsum almaq imkanını təmin edəcək yeni mandatın verilməsini istəyir.
Bundan əlavə, İİKK münaqişənin yenidən alovlanmamasını, İsrailin Livandakı “Hizbullah” mövqelərinə zərbələrin dayandırılmasını, Körfəzdəki ABŞ hərbi bazalarının bağlanmasını və dəymiş ziyana görə kompensasiyanın ödənilməsini tələb edir.