Azərbaycan.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alim, geologiya və minerologiya elmləri doktoru Vaqif Kərimovu yüksək dövlət mükafatı ilə təltif edib.
Putinin imzaladığı Fərmanla Vaqif Yunus oğlu Kərimova “Rusiya Federasiyasının Əməkdar elm xadimi” fəxri adı verilib.
Qeyd olunur ki, Vaqif Kərimov 1949-cu ildə Bakıda anadan olub və uzun illərdir Rusiyada geologiya və neft-qaz kəşfiyyatı sahələrində fəaliyyət göstərir.
