🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şamaxılı 102 yaşlı həkim Raisa Sinitsına İsraildə vəfat etdi

Azərbaycan.media xəbər verir ki, Şamaxı şəhərində anadan olan Raisa Borisovna Sinitsına 102 yaşında İsraildə dünyasını dəyişib. Bu barədə “Shimal.news” məlumat yayıb.
Raisa Sinitsına uzun illər əvvəl Azərbaycandan Leninqrada (indiki Sankt-Peterburq) köçüb. Birinci Dünya Müharibəsi zamanı xeyli müddət mühasirədə qalan Sinitsına, blokadanın qaldırılmasının 75 illiyi münasibətilə xatirə şamını yandırmaq şərəfinə layiq görülüb.
O, Leninqrad Konservatoriyası nəzdində fəaliyyət göstərən 10 illik musiqi məktəbini violonçel ixtisası üzrə bitirib və həvəskar orkestralarda çıxış edib. Əsas peşəsi isə həkim-pediatr olub. 1992-ci ildə İsrailə köçən Sinitsına burada yaşamını davam etdirib.
2019-cu ildə israilli rejissor E. Qraboy onun həyatını əks etdirən “Raya Sinitsınanın müharibəsi” sənədli filmini çəkib. Gənc yaşlarında Azərbaycandan ayrılsa da, Sinitsına İsrail-Azərbaycan “Azİz” assosiyasiyasının tədbirlərində tez-tez iştirak edib.