🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Peruda dəhşətli qəza: 13 nəfər həyatını itirdi

Azərbaycan.media xəbər verir ki, Perunun cənubunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 13 nəfər həlak olub.
Yerli “Diario Correo” nəşrinin polisə istinadən yaydığı məlumata görə, yol-nəqliyyat hadisəsi Arekipa departamentinin San-Antonio-de-Çuka rayonunda, magistral yolun 178-ci kilometrliyində qeydə alınıb.
Bildirilib ki, qəza nəticəsində 11 nəfər hadisə yerindəcə həyatını itirib. Ağır yaralanan daha iki nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hazırda baş vermiş faciənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.