🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda alüminium istehsalı yanvar-fevralda 30% artıb

Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 11 min 771 ton alüminium məmulatları istehsal edilib.
Dövlət Statistika Komitəsi məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30,4% çoxdur.
Martın 1-nə ölkədə hazır məhsul ehtiyatı 3 min 729 ton təşkil edib.
Qeyd olunur ki, 2025-ci ildə Azərbaycanda 50 min 893 ton alüminium məmulatları istehsal olunub ki, bu da 2024-cü ilə nisbətən 23% azdır.