🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabah Bakıda və Abşeronda əsasən yağmursuz hava gözlənilir

Azərbaycan.media xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidməti məlumatına görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9°, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət 75-85% təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Axşam bəzi yerlərdə yağıntı ehtimalı var, ayrı-ayrı ərazilərdə intensivləşə, şimşək çaxa və dağlıq bölgələrdə qar yağıla bilər. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 8-11°, gündüz 18-23° isti, dağlıq ərazilərdə gecə 0-5°, gündüz 12-17° isti olacaq.