Azərbaycan.media xəbər verir ki, Azərbaycanda bu il ənənəvi “Son zəng” tədbiri iyunun 14-də deyil, iyunun 12-də təşkil olunacaq.
Bizim.Media məlumatına istinadla, Bakı vaxtı ilə yayılan xəbərdə bildirilir ki, dəyişiklik tədris ili üçün təsdiqlənmiş məktəb təqvimində öz əksini tapıb.
Tədbirin tarixinin irəli çəkilməsinə səbəb 14 iyunun qeyri-iş günü olmasıdır. Beləliklə, ümumtəhsil müəssisələrində “Son zəng” mərasimi bu il iyunun 12-də baş tutacaq.
