🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İntuisiyası ən güclü olan bürclər açıqlandı

Azərbaycan.media xəbər verir ki, bəzi insanlar qarşısındakının nə deyəcəyini əvvəlcədən hiss edir, mühitdəki gərginliyi isə dərhal sezə bilir. Astroloqlara görə, bu xüsusiyyət “altıncı hiss” kimi tanınır və bəzi bürclərdə daha güclü şəkildə özünü göstərir.
Mütəxəssislər bildirir ki, intuisiya ilə daha çox seçilən bürclər əsasən su ünsürünə aid olanlardır. Bu bürclər emosional həssaslıq və güclü sezgi qabiliyyəti ilə fərqlənir.

Balıqlar

Siyahının ilk sırasında Balıqlar bürcü yer alır. Onların real dünya ilə mənəvi aləm arasında incə bir bağ qurduqları qeyd olunur. Balıqlar insanların dediklərindən çox, hiss etdikləri enerjini oxumağa meyllidirlər. Bu səbəbdən onlara yalan danışmağın çətin olduğu vurğulanır.

Əqrəb

Əqrəblərin intuisiyası isə daha kəskin və dərin hesab edilir. Onlar sanki gizli qalan məqamları üzə çıxarmaq qabiliyyətinə malikdirlər. Bu bürcün nümayəndələrinin yalanı və səmimiyyətsizliyi tez bir zamanda hiss etdiyi bildirilir.

Xərçəng

Xərçəng bürcü emosional həssaslığı ilə seçilir. Onlar ətrafdakı insanların hisslərini tez mənimsəyir və xüsusilə yaxınlarına qarşı güclü qoruyucu instinkt nümayiş etdirirlər. Bu bürcün nümayəndələrinin tez-tez sezgilərinə əsaslanaraq doğru qərarlar verdiyi qeyd olunur.
Astroloqlara görə, bu üç bürcün nümayəndələri güclü intuisiya sayəsində hadisələri əvvəlcədən hiss etmək qabiliyyəti ilə seçilir.