Azərbaycan.media xəbər verir ki, bəzi hallarda geniş istehlak olunan sağlamlıq üçün zərərli hesab oluna bilər.
Məlumata görə, bu barədə rusiyalı terapevt və dietoloq açıqlama verib. Onun sözlərinə görə, qida məqsədilə istifadə edilən tuna balığı adətən iri və yaşlı olur. Bu isə onun uzun illər ərzində dəniz və okeanlarda toplanan zərərli maddələri, xüsusilə ağır metalları, o cümlədən civəni özündə yığmasına səbəb olur.
Mütəxəssis bildirib ki, tuna balığının müntəzəm istifadəsi orqanizmdə zəhərlənməyə (intoksikasiya) gətirib çıxara bilər. Bu vəziyyət isə tez yorulma, iş qabiliyyətinin azalması və immunitetin zəifləməsi ilə müşayiət olunur.
Bundan əlavə, tez-tez tuna balığı istehlakı qaraciyərə də mənfi təsir göstərə, onun həddindən artıq yüklənməsinə səbəb ola bilər.
Həkim daha faydalı alternativ kimi növlərini tövsiyə edib. Bildirilib ki, bu balıqlar orqanizmi zəruri minerallarla təmin edir və asan mənimsənilən zülal mənbəyi hesab olunur.
